Qadin.NET / Rusiyada miqrantlara daha bir qadağa qoyuldu

Rusiyada miqrantlara daha bir qadağa qoyuldu

 

2014-cü ildən Rusiyada mağazadan kənar pərakəndə ticarətdə və bazarlarda, həmçinin apteklərdə xaricilərin əməyindən istifadə etmək qadağan edilib. Anspress Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə baş nazir Dmitri Medvedevin bu gün rəsmi mətbuatda dərc olunmuş əmrində deyilir. Medvedev həmin əmri 19 dekabrda imzalayıb. Sənəd yanvarın 1-dən qüvvəyə minir. Sözügedən əmrdə mağazadan kənar pərakəndə ticarətdə və bazarlarda, həmçinin apteklərdə müəssisələr üçün xaricilərin icazə verilən payı 0% göstərilir. Alkoqollu içkilər, o cümlədən pivə ticarəti ilə məşğul olan müəssisələrdə isə işçilərin 15%-ə qədər miqrantlar ola bilər. İdman sahəsində isə miqrantların payı 25%-ə qədər ola bilər. 

Mənbə: Milli.Az

 

23 dekabr 2013
GO BACK