Qadin.NET / "Kanal S"in 5 yaşı tamam olur

"Kanal S"in 5 yaşı tamam olur

 

Respublikada gedən inkişaf, şimal-qərb bölgəsində yeni televiziyanın fəaliyyətə başlaması zərurətini ortaya çıxarırdı. Nəhayət, bu addım atıldı. 2008-ci ildə “Kanal S” Şəkidə fəaliyyə başladı. Bu, nəinki Şəki, region üçün böyük hadisə idi. Təzə-təzə qədəmlərini atmağa başlayan Kanal S çox keçmədi, özünə geniş auditoriya toplaya bildi. 2008-ci ilin dekabr ayının 29-da “Kanal S” ilk qədəmlərini atdı. Fəaliyyətini xəbərlər proqramı ilə başlayan “Kanal S” telekanal olaraq, efir məkanında yerini aldı. Həmin gün xəbərlər proqramının ardından “Kanal S” özünün möhtəşəm açılış konserti ilə fəaliyyətə başlamasını rəsmiləşdirdi. Açılışa gələn şəhər rəsmiləri və qonaqlar bu sevinci “Kanal S”in kollektivi ilə bölüşdülər. “Kanal S” az bir müddətdə efir məkanında yerini möhkəmlətməyə başladı. Hələ o zaman əməkdaşlar televiziya sahəsində lazimı təcrübəyə malik malik olmasalar da, səy və bacarıqlarını ortaya qoymaqla zirvəyə doğru irəliləməyə başladılar. Təbii ki, hər bir kanal kimi, “Kanal S” də elə ilk gündən öz məhsullarını ortaya qoydu. İnsanlara xoş səhər ovqatı bəxş edən "Gün gəlir" verilişi çox keçmədi, geniş tamaşaçı kütləsi topladı. Fəaliyyətinə uğurla başlayan “Kanal S” elə ilk həftədən tamaşaçılarının zövq və maraqlarını nəzərə aldı. Müsiqisevərlərin maraq dairəsində olan "Hit-mix" verilişi həftənin altı günü tamaşaçılarının qonağı oldu. Çox keçmədi, “Kanal S”in efiri daha rəngərəng və cəlbedici olmaqla yanaşı, cəmiyyətin digər sahələrini də əhatə etməyə başladı. Qadınların sevə-sevə izlədikləri “İpək kimi” verilişi tamaşaçılarda incə zövqun formalaşmasına xidmət edirdi. “Kanal S” bununla da kifayətlənmədi. Qarşısına marifləndirməyi məqsəd qoyan və daima yenilik axtarışında olan “Kanal S”in uğurlu layihələrindən biri də "Evin içi" verilişi oldu. Verilişdə ictimaiyyəti düşündürən məsələlər, əsasən ailə münasibətlərinə dair fikirlər, ekspert rəyləri dağılmaq təhlükəsi ilə üzləşən bir çox ailələrə yeni həyat bəxş etdi. “Kanal S” il ərzində izləyicilərini yeni-yeni layihələri ilə sevindirməyi bacardı. Həmin ilin aprelində 100 gününü qeyd edən “Kanal S” bu qısa tarixdə fəaliyyətinə nəzər saldı. Respublikanın tarixi-memarlıq, gəzməli-görməli yerləri, sakinlərlə maraqlı söhbətləri özündə əks etdirən “Gəzərsən-görərsən”, gələcəyimiz olan balacaların sevə-sevə izlədiyi “Düyməcik”, əyləncəli intellektual oyun-veriliş “İQ”, sosial məsələlərin geniş işıqlandırıldığı “Panorama”, tibbin bütün sahələrini əhatə edən maarifləndirici proqram olan “Sağlam həyat”, Vətən yolunda canından, qanından keçən vətən oğullarının həyat yolu və xatirələrindən bəhs edən “Şərəfli ömür”, məşhurların ifaları və maraqlı söhbətlərini tamaşaçıları ilə bölüşən “Həftənin qonağı”, eləcə də, “Kolorit”, “Derbi” və bu kimi bir-birindən maraqlı verilişlər “Kanal S”in efirinə yeni ab-hava gətirdi.

 

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK