Qadin.NET / Yenilənən Infiniti QX80

Yenilənən Infiniti QX80

 

Əsasən “Infiniti” markalı seriya avtomobillərinin satışdan sonrakı tamamlanması ilə məşğul olan Moskva şirkəti Larte Design-ın tünerləri “QX80” yolsuzluq avtomobilinə aqressiv qanqster görünüşü təmin etdilər. Böyük yapon cipini ban asmasının yeni hissələri və böyük diametrli üslubi təkər diskləri ilə təchiz etdilər. Bununla birgə, avtomobil əlavə xarici aksesuarlar və cüzi texniki tamamlanma əldə etdi.
 Milli.Az Auto.az-a istinadən bildirir ki, poliuretandan hazırlanmış yeni xarici detallar zəif zərbəyə dözmək üçün kifayət qədər möhkəmdirlər və həmçinin avtomobilin kütləsini azaltmağa imkan verirlər. Qabaq bamper soyuq havanın mühərrik bölməsinə dolmasını yaxşılaşdıran çoxlu sayda ventilyasiya dəliklərinə və avtomobilin passiv təhlükəsizliyinə müsbət təsir edən əlavə duman əleyhinə fənərlərə malikdir. Larte emblemli qara radiator barmaqlığı və baş işığının fənərlərinin üstündəki ventilyasiya dəlikləri yolsuzluq avtomobilinin “baxışına” qəzəb əlavə etdi. Yanlarda ayaqaltıların qoymaları yerləşib, arxada şəklidəyimiş arxa bamper, damda isə böyüdülmüş spoyler quraşdırılıb.
“Infiniti QX80”-nin final cizgiləri bir neçə dizayn variantında və müxtəlif rəng sxemində olan təkərlər oldu. Tonlaşdırılmış şüşələrlə uyğunlaşan qara ban yalnız xromlaşdırılmış dekorativ aksentlərlə təzad təşkil edir. 5,6 litrlik benzinlə işləyən V-şəkilli “səkkizlik” səs tənzimləmə klapanı olan dördborulu, 101 mm-lik, paslanmayan qazçıxma ilə təchiz olunub. Bu apqreyd mühərrikin məhsuldarlığına heç bir təsir etməyib, ona görə də o əvvəlki kimi 405 a.g. və 560 Nm maksimal fırlanma anı verir. Larte Design atelyesi “Infiniti QX80”-nin interyerinin şəkillərini təqdim etməyib, lakin daxili bəzək üçün qəhvəyi alkantara ilə qara dəri, həmçinin möhtəşəm avtomobilin döşəməsi üçün tik ağacından istifadə olunub.
Mənbə: Milli.Az
23 dekabr 2013
GO BACK