Qadin.NET / İşgüzar adamlar üçün həftəlik ulduz falı

İşgüzar adamlar üçün həftəlik ulduz falı

 

Milli.Az AzərTAc-a istinadən işgüzar adamlar üçün dekabrın 23-dən 29-dək olan Britaniya ulduz falını təqdim edir:
QOÇLAR bu həftə ulduzların sevimlisidir. Yaranmış əlverişli vəziyyətdən istifadə edib diqqətinizi yeni və daha perspektivli iş üzərində cəmləşdirməlisiniz.
 BUĞALAR müvəqqəti olaraq rəqiblərini unutmalıdırlar. Marsın səmadakı vəziyyəti problemlərin içində özünüzə sadiq qalmağınıza kömək edəcəkdir. Bulanıq suda balıq tutmağa çalışmayın. Əgər kimsə sizdən inciyibsə, yaxşı olar, onunla münasibətlərinizi düzəltməyə çalışasınız. İncə yumor hissiniz və ədəb-ərkanınız onu şam kimi əridəcəkdir.
ƏKİZLƏRİN fəallığı yeri-göyü titrədir. Sakitləşmək, bir küncə çəkilmək əvəzinə nə özünüzə rahatlıq verirsiniz, nə də başqalarına. Belə getsə enerjiniz tamamilə tükənəcəkdir. Çox qazanmaq üçün maliyyə imkanlarınızdan fərasətlə istifadə etməlisiniz. Yağışdan sonra göbələk kimi ortaya çıxan problemi həll etmək üçün bütün resurslarınızı və gücünüzü toplamalısınız.
XƏRÇƏNGLƏR bu həftə xəzinə tapacaqlar. Bu dəfə uğur sizdən bərk-bərk yapışıb, özünüzdən itələsəniz də, heç yerə qaçan deyil. Odur ki, fürsətdən istifadə edin. İdeyalarınızı həyata keçirməyə başlasanız, nəticə gözlədiyinizdən də yaxşı olacaqdır.
ŞİRLƏR ailə üzvlərinə diqqət yetirməlidirlər. Unutmayın ki, həyat təkcə karyeradan ibarət deyildir. Yaxınlarınızın qayğınıza ehtiyacı vardır. Sonunda yeni professional məsələləri uğurla həll etməyinizə məhz qohumlarınızla isti münasibətləriniz kömək edəcək.
QIZLAR vaxt və imkanlarını real qiymətləndirməlidirlər. Çiyninizdəki yük sizin üçün həddindən artıq ağır ola bilər. Öhdəsindən gələcəyinizə əminsinizsə, cəsarətlə irəli. İş yoldaşlarınızın təmənnasız köməyi əvəzsiz ola bilər. Onsuz da bütün bu işləri qısa müddətdə başa çatdıra bilməyəcəksiniz. Gücünüzü bərpa etmək üçün hərdənbir istirahət etməyə çalışın.
TƏRƏZİLƏRİN diqqəti xırda-para məsələlərə yayınmamalıdır. Onda həftə uğurlu olacaq. Qlobal məsələləri həll edib qərar qəbul etməli olacaqsınız. Geniş dünyagörüşünüz ətrafdakıları mat qoyacaqdır. Səmimi olmalısınız. Ürəyinizdən keçənləri açıq söyləməlisiniz. Fantaziyanızın uçuşuna mane olmayın. Ağlınıza çox maraqlı ideyalar gələcəkdir.
ƏQRƏB bu günün işini sabaha qoymamalıdırlar. Əvvəlki məsələlər daha gündəmdə deyil, aktuallığını itirib. Yarımçıq işlərinizi bir kənara qoyun. Hər şeyi təmiz səhifədən başlayın. Bu yolla acı səhvləri təkrar etməkdən canınızı qurtaracaqsınız.
OXATANLARIN maliyyə imkanlarını düzgün qiymətləndirmələri, başa çatan ilə yekun vurmaları, gələn ilin “smetasını” tutmaları üçün əlverişli dövrdür. Maddi durumunuzun vəziyyəti barədə aydın təsəvvürünüz olduqdan sonra istər şəxsi ehtiyaclarınıza, istərsə də qohum və yaxınlarınıza nə qədər pul xərcləyə biləcəyiniz barədə qərar qəbul etmək asan olacaq. Hədiyyələri sərfəli qiymətlərlə aldığınız üçün büdcəniz zərər görməyəcəkdir.
OĞLAQLAR fəaliyyət miqyaslarını genişləndirib çiyinlərinə əlavə iş götürəcəklər. Problemlərə məhəl qoymasanız, Veneranın xoş təsiri sayəsində mənəvi rahatlığınızı bərpa edəcəksiniz.
DOLÇALARA komanda işi uğur gətirəcək. Həmkarlarınızla əməkdaşlıq gözəl səmərə verəcəkdir. Bir daha şahid olacaqsınız ki, əlbir işləmək rəqabət və intriqa aparmaqdan qat-qat yaxşıdır. Problem yaranmaması üçün işlərin icrasına ciddi nəzarət etməlisiniz.
BALIQLARA daxilən mütəşəkkil olmaları və zəkaları kömək edəcəkdir. Düzgün qərar qəbul etmək üçün sakit halda düşünməlisiniz. Emosionallıq və özünə inamsızlıq hər şeyi bərbad edə bilər. Ona görə də özünüzü bütünlüklə gördüyünüz işə həsr etməlisiniz. Asudə vaxtınızda iş qayğılarını unudun, psixoloji durumunuzu bərpa etmək üçün istirahət edin.
Mənbə: Milli.Az
23 dekabr 2013
GO BACK