"Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Braziliyanın canlı əfsanəsi Pelenin rekordunu qıra bilərdi. Milli.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçuya futbol tarixində bir il ərzində ən çox qol vuran Pelenin (75 qol) rekordunu qırmaq üçün 7 qol lazım idi. 2013-cü ildə 68 qol vuran Ronaldunun bu il forma geyinə biləcəyi yalnız bir matç var idi. Əgər o, La Liqada "Valensiya" ilə oyunda 7 dəfə fərqlənərsə, çox çətin bir rekordu qırmış olacaqdı. Lakin "Valensiya"ya 7 qol vurmaq inanılmaz idi. Ronaldu oyunda cəmi 1 qol vurdu.
Qeyd edək ki, Pele 1958-ci ildə bu uğuru qazanıb.
Mənbə: Milli.Az