Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq. APA-nın məlumatına görə, Xidmət tərəfindən hazırlanacaq ixtisasların siyahısı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti tərəfindən siyahı təsdiq olunduqdan sonra SHÇDX-nin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən çağırış yaşı çatmış şəxslərdən Silahlı Qüvvələrin ehtiyac duyduğu zirehli texnika sürücüləri, snayper, mühəndis-istehkamçı, rabitəçi, paraşütçü-desant və s. hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirəcək. Hazırda “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən sürücü və aşpaz kursları təşkil olunur.
Mənbə: Lent.Az