Qadin.NET / Türkiyədə 2 nazirə cinayət işi açılır

Türkiyədə 2 nazirə cinayət işi açılır

 

Türkiyədə 2 nazirə cinayət işi açılır

Türkiyədə 2 nazirə qarşı cinayət işi açılır. Lent.Az-ın bu ölkənin mediasına istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Muammər Gülər və Avropa ittifaqı naziri Əgəmən Bağışa qarşı açılmış cinayət işi Respublika Baş Prokurorluğuna göndərilib. Məlumatda bildirilir ki, Türkiyənin Diyarbəkir şəhərində dəmirçiliklə məşğul olan Zülkif İldırım adlı şəxs Dibarbəkir Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, adı çəkilən nazirlərin korrupsiya ilə ittiham edilməsi faktı barədə cinayət işi açılmasını tələb edib. Onun bu şikayəti Diyarbəkir Prokurorluğu tərəfindən qəbul edilərək, Türkiyə Baş Prokurorluğuna yönləndirilib.

 

Mənbə: Lent.Az

23 dekabr 2013
GO BACK