Prezident İlham Əliyevi ad günü münasibəti ilə xarici ölkələrin dövlət başçıları təbrik ediblər. Lent.Az-ın məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko, Latviya prezidenti Andris Berzinş, Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərərək, onu ad günü münasibəti ilə təbrik ediblər: “Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan Respublikasının inamlı sosial–iqtisadi inkişafı, ölkənin dünyada sanballı nailiyyətləri Sizin adınızla sıx bağlıdır. Azərbaycan xalqı bu il keçirilən prezident seçkilərində Sizin yeritdiyiniz daxili və xarici siyasətə yüksək etimad bəslədiyini təsdiq etmişdir. Əminəm ki, ölkələrimizin dostluğa və etimada əsaslanan qarşılıqlı fəaliyyəti bundan sonra da fəal inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.
Mənbə: Lent.Az