Qadin.NET / Azneft meydanı bağlanacaq

Azneft meydanı bağlanacaq

 

Bu gecə yolu Azneft meydanı tərəfə düşəcək oxucularımız üçün bəd xəbərimiz var. Yollarınızı dəyişməli olacaqsınız. Axşam saat 22:00-dan səhərə yaxın saat 04:00-a qədər rəngləmə işləri ilə əlaqədar ərazidəki yolda nəqliyyat vasitələrinin hərəkəti nisbətən məhdudlaşdırılacaq. Milli.Az xəbər verir ki, məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Mənbə: Milli.Az

 

23 dekabr 2013
GO BACK