Qadin.NET / Şəkidə böyük inzibati kompleks tikilir

Şəkidə böyük inzibati kompleks tikilir

 

Şəki şəhərində nəhəng məhkəmə kompleksi tikilir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Şəki Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. Məlumata əsasən, kompleks, demək olar ki, hazırdır, indi binanın içində və fasadında işlər həyata keçirilir. Bu binada Şəki Rayon Məhkəməsi, Şəki Ağır Cinayətlər üzrə Məhkəməsi, İnzibati-İqtisad Məhkəməsi və Apellyasiya məhkəməsi yerləşəcək. Kompleks gələn ilin oktyabrında istifadəyə veriləcək. 

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK