Qadin.NET / Azərbaycanda yumurta niyə bahalaşır?

Azərbaycanda yumurta niyə bahalaşır?

 

“Çindən də yumurtaların gətirilməsi istisna edilmir. Çox təəssüflər olsun ki, yerli broyler fabrikləri öz işlərini kifayət qədər mükəmməl qurmur. İstehlakçılardan gələn telefon zənglərini ümumiləşdirsək, yerli broyler fabriklərinin effektsiz işi nəticəsində istehlakçıların yerli yumurtalara meyli zəifdir”. Bunu Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədriEyyub Hüseynov deyib. “Standartlara görə, müəyyən olunmuş çəkidən aşağı olan yumurtaların satışı qadağandır. Bildiyiniz kimi, yumurtalar 2 yerə bölünür: dietik və süfrə yumurtaları. 7 günə qədər satışda olanlar dietik yumurtalardır və onlar markalanmalıdır. Çox təəssüf ki, yerli broylerlərin çoxu yumurtaları markalamır. İstehlakçı necə bilsin ki, təzədir, yoxsa köhnə, dietik yumurtadır, yoxsa süfrə yumurtasıdır. Köhnə yumurtaların istehlakçılara broylerlər tərəfindən satışı həyata keçirilir. Bunu yumurtanı qulağa tutub səs verməsindən, günəşə tutanda içərisində olan hava kamerasını böyük olmasından hiss edirik. Ümumiyyətlə, Azərbaycanda istehsal olunan yumurtaların 70%-i markalanmır. Bütün bunlar Azərbaycan istehlakçılarını xarici istehsal olan yumurtalara meylli edir. Broyler fabrikləri öz işlərini təkmilləşdirməlidir. Dünyada süni ət, süni yumurta var. Lakin onlar yumurtanın içərisinə qoyulmur. Ayrıca qabda saxlanılır. Bunlar toz şəklində olur. Yumurtanın bütöv halda kimyəvi hazırlanması dünyada yoxdur”, – deyə AİB sədri vurğulayıb.

 

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK