Təbabət 3D sistemli ultrasəs müayinəsinə artıq bir müddətdir ki, alışıb. Lakin ABŞ-ın "General electric" korporasiyası "HDLive" adlı yeni ultrasəs müayinəsi sistemi hazırlayıb. Milli.Az Gizmodo-ya istinadən bildirir ki, 3D/4D sistemli belə sistem hamilə qadının bətnindən daha dəqiq görüntülər əldə etməyə imkan verir. Yeni sistem ana qarnındakı uşağın üzündəki ifadələri, hətta əsnəməsinin dəqiq görüntülərini ötürür.
Mənbə: Milli.Az