Qadin.NET / Şəhər sakinləri Ərdoğanı kəfənlə qarşıladılar

Şəhər sakinləri Ərdoğanı kəfənlə qarşıladılar

 

Qaradəniz səfəri çərçivəsində Trabzona gedən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qeyri-adi dəstək aksiyası ilə qarşılanıb. Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanında baş naziri boynuna kəfən keçirmiş bir qrup gənc qarşılayıb. Aksiyaçı qrupun əlində “Kəfənimizlə gəldik, ölənə qədər səninləyik!” yazılmış şüar olub.Bundan başqa, Ərdoğanın qarşılandığı yerdə divarlara “Güvənirik, inanırıq, axıra qədər yanındayıq!”, “Çirkli ittifaqlara qarşı millətin duası yetər, millətin üzüağ lideri, Trabzon səninlədir” yazılmış afişalar asılıb. 

 

Şəhər sakinləri Ərdoğanı kəfənlə qarşıladılar

 

 

 

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK