Qadin.NET / AMEA elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini artırıb

AMEA elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini artırıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu "AzScienceNet" elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini 210 meqabit/saniyəyədək artırıb. Bu barədə Trend-ə İnstitutundan bildiriblər.İlin əvvəli ilə müqayisədə artım 40 faiz təşkil edib. İnstitut tərəfindən akademiyanın strukturları arasında qlobal internet şəbəkəsinə çıxışın sürətinin səmərəli bölüşdürülməsi üzrə işlər aparılır.AMEA-nın institutlarının hər birinə orta hesabla 5-7 meqabit/saniyə düşür.Hazırda "AzScienceNet" şəbəkəsinə AMEA-nın 35 institutundan 29-u qoşulub. Digərlərinin 2014-cü ildə şəbəkəyə qoşulacağı gözlənilir.

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK