Qadin.NET / Rəcəb Tayyib Ərdoğan nazirlərlə səfərə çıxdı

Rəcəb Tayyib Ərdoğan nazirlərlə səfərə çıxdı

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistana rəsmi səfərə gedib. Anspress “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Pəncab əyalətinin paytaxtı Lahora gedən Ərdoğanı əyalət rəsmiləri və yerli ictimaiyyət qarşılayıb.Qarşılama mərasimində Türkiyə rəsmilərinin şərəfinə toplardan atəş açılıb, türk sənət musiqiləri səsləndirilib, yerli ictimaiyyət əllərində Ərdoğanın “Sultanəhməd” məscidinin portretlərini tutublar.Qeyd edək ki, səfərdə baş nazir Ərdoğanı iqtisadiyyat naziri Zəfər Çağlayan, nəqliyyat və kommunikasiya naziri Binali Yıldırım, AKP sədrinin müaviniNuman Kurtulmuş, millət vəkili Mövlüd Çavuşoğlu, habelə həyat yoldaşıƏminə Ərdoğan və qızı Sümeyyə Ərdoğan müşayiət ediblər. 

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK