Bu insanlar gündəlik qidalarını, ruzilərini, habelə bayram yeməklərini satın almırlar. Onların təam mənbələri zibil qutularıdır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyada "Roadkill" adlanan hərəkat mənsubu olan bu insanlar yeməyə pul xərcləməyi izafilik, bədxərclik saymaqla yanaşı, yaşam prinsiplərinə zidd əməl sayırlar.Milad və Yeni il bayramı yaxınlaşır. Və bu adamlar bayrama hazırlaşırlar.Onlar zibil qutularında, supermarket və molların zibil yeşiklərində eşələnir, meyvə, tərəvəz, konservlərdən tutmuş delikateslərədək hər cür təamı yığıb bayram masasına hazırlıq görürlər."Artıq 30 ildir ki, belə qidalanıram. Çox ucuz başa gəlir, həm də pis deyil. Marketlər, dükanlar, restoranlar, kafelər və mollar vaxtı keçmiş qidalarla yanaşı, ən müxtəlif meyvələri xarab sayıb atırlar. Məsələn, ötən il belə bayram masası hazırladım. Heç pis alınmadı. Bu il də belə olacaq", - "Roadkill" hərəkatının mənsubu olan Bornmut sakini, 46 yaşlı Conatan MakQouendeyir.Hempşir şəhərinin sakini Libbi Rassel isə söyləyir ki, Milad və Yeni il bayramlarına indidən hazırlaşıb: "Yeməyə çox pul xərcləməyin nə mənası var?! Zibil qutusuna atılan ərzaqla əla qidalanmaq olar. Gəlin, siz də baxın - insanlar sanki harınlayıblar! Çox dadlı, yeməyə yararlı yeməkləri atırlar".Onun sözlərinə görə, Britaniyada "Roadkill" mənsubu olan minlərlə, on minlərlə insan var.
Mənbə: Milli.Az