Portuqaliya milli komandası ilə Dünya Kubokunda iştirak edəcək Kriştianu Ronaldu Braziliyada klubunun rəhbərliyi qarşısında iki tələb qoyub.Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ulduz oyunçunun birinci şərti bu olub ki, San-Paulo şəhərindən 100 kilometr aralıda yerləşən "Palm Resört" otelinə xüsusi hamam quraşdırılsın. İkinci tələbi isə bu olub ki, qalacağı otağına "Play Station-4" oyunu gətirilsin.O, bu istəyini onunla əlaqələndirib ki, boş vaxtlarında kompüterdə futbol oyunları oynamaqdan xüsusi zövq alır. Klub rəhbərliyi isə adı çəkilən otelin rəhbərliyi ilə əlaqə yaradaraq, onun istəklərinin həyata keçməsini tələb edib. O, milli komanda yoldaşı, "Real Madrid"li oyunçu Pepe ilə bir otaqda qalacaq.
Mənbə: Milli.Az