Qadin.NET / İlin ən uzun iş həftəsinə hazırsınız?

İlin ən uzun iş həftəsinə hazırsınız?

 

Bu gündən etibarən Azərbaycanda ilin ən uzun iş həftəsi başlayıb. Bu il dekabrın 31-dən gələn il yanvarın 6-na qədər qeyri-iş günü olacaq. Milli.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb.Qərara əsasən, şənbə və bazar günlərinə təsadüf edən 28 və 29 dekabr iş günləri olacaq. Başqa sözlə, 3 və 6 yanvar tarixləri müvafiq olaraq şənbə (28 dekabr) və bazar (29 dekabr) günləri ilə dəyişdirilib.Bununla da yanvarın 7-si 2014-cü ilin ilk iş günü olacaq. Bununla belə, istirahətdən əvvəl daha çox işləməli olacağıq. Hazırki həftədə başqa vaxtdakı kimi 5 və ya 6 gün deyil, 8 gün işləyəcəyik. Bəs siz, əziz oxucular, ən uzun iş həftəsinə necə hazırlaşmısınız? Bu iş həftəsində enerjiniz 8 gün bəs eləsin deyə kifayət qədər istirahət edə bildinizmi? 
Mənbə: Milli.Az
23 dekabr 2013
GO BACK