Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "Vahid milli hərəkat" partiyası fövqəladə iş rejiminə keçib.Anspress-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə partiyanın parlamentdəki fraksiyasının rəhbəri David Bakradzebildirib.Onun sözlərinə görə, dekabrın 21-dən 22-nə keçən gecə saatlarında Tbilisi məhkəməsinin qərarı ilə Qiqi Uqulavanın mer vəzifəsindən uzaqlaşdırılması bu qərarın verilməsinə səbəb olub: "Hakimin bu qərarı məhz gecə saatlarında verməsi bizi ehtiyat tədbirləri görməyə vadar edir. Dünən gecə saat 1-də mətbuata, ictimaiyyətə heç bir açıqlama verilmədən və müzakirə olunmadan verilən bu qərar ölkənin demokratik gələcəyi üçün ağır nəticələrə səbəb olacaq. Məhkəmə və hakimiyyət hüquqi nöqteyi-nəzərdən mübahisəli olan bu ağır addımı atmağa təşəbbüs göstərdi ki, bu da ölkəmizin siyasi gələcəyi üçün təhlükəli mesajdır"."Ümid edirəm ki, vətəndaş cəmiyyəti məhkəmənin qərarını qəbul etməyəcək və mənfi proses kimi qiymətləndirəcək" - deyən fraksiya rəhbəri qeyd edib ki, partiya bu qərara qarşı bütün hüquqi və siyasi vasitələrlə mübarizə aparacaq.Qeyd edək ki, dekabr 22-də Tiflis şəhər məhkəməsinin qərarı ilə Qiqi Uqulava mer vəzifəsindən uzaqlaşdırıb. Q.Uqulava bu qərarı Stalinin Molotovu vəzifəsindən uzaqlaşdırması ilə müqayisə edib
Mənbə: Milli.Az