“Qalatasaray” Braziliyanın “Qremio” klubundan heyətinə qatmaq istədiyiAleks Tellesi İstanbula gətirib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” yaxın günlərdə 21 yaşlı sol cinah müdafiəçisi ilə müqavilə imzalayacaqlar. “Cim-Bom” bu keçidi üçün “Qremio”ya 7 milyon avro ödəyəcək. Braziliyalı futbolçu isə Türkiyə təmsilçisində illik 1.5 milyon maaş alacaq. Qeyd edək ki, Aleks cari ilin əvvəlindən “Qremio”da çıxış edir.
Mənbə: Milli.Az