Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən dekabrın 23-də tarixdə baş vermiş mühüm hadisələrə nəzər salır.
 Miladi: 23 dekabr 2013

Hicri: 19 Səfər 1435
İlin 357-cü günü
İlin sonuna 08 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.44
Günəş - 08.00
Zöhr - 12.43
Əsr - 15.22
Məğrib - 17.34
İşa - 18.56
1777 - Rusİya çarı I Aleksandr anadan olub.
1834 — ingilis iqtisadçısı Tomas Robert Maltus vəfat edib.
1876 — Osmanlı sultanı Əbdülhəmid "I Məşrutiyyət"i elan edib.
1888 — Mərcdə uduzan rəssam Van Qoq öz qulağını kəsib.
1900 — Kanadalı Rejinald Obri səsini ilk dəfə olaraq 1 kilometr məsafəyə simsiz ötürülməsinə nail olub.
1904 — Vilnüsdə litva dilində ilk qəzet çap olunub.
1913 — ABŞ Federal Ehtiyatlar Sistemi yaradılıb.
1920 — Fransa və Böyük Britaniya "Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya"nı ratifikasiya edib.
1930 — Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib.
1933 — Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub.
1947 — İlk tranzistor təqdim edilib.
1947 — SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərar qəbul edib.
1953 — Hərbi məhkəmənin qərarı ilə uzun müddət SSRİ xüsusi xidmət orqanlarının rəhbəri olmuş Lavrenti Beriya güllələnib.
1975 — ABŞ Konqresi metrik ölçü sistemini rəsmiləşdirsə də, bu sistem ölkədə heç zaman istifadə olunmayıb.
1979 — SSRİ ordu hissələri Əfqanıstana daxil olub.
1986 — Sovet dissidenti Andrey Saxarova Qorki şəhərindən siyasi sürgündən Moskvaya qayıdıb.
1989 — Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum-əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib.
1990 — Sloveniya müstəqillik əldə edib.
1991 — İsveçrə Azərbaycanın müstəqilliyini tanıyıb.
1994 — Qaqauz türklərinə Moldovanın tərkibində muxtariyyat verilib.
1995 — Hindistanda bir mərasim zamanı baş verən yanğında 540 nəfər həlak olub.
1999 — Kot-d`İvuarda hərbi çevriliş baş verib.
2004 — İordaniyada 28 ildən sonra ilk dəfə bələdiyyə seçkiləri keçirilib.

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK