Qadin.NET / Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif

Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif

 

Bakı şəhərində 2013-cü ildə belə bir yolun olmasını təsəvvürə gətirmək çox çətindir. Binəqədi rayon sakininin Milli.Az-a göndərdiyi şikayət məktubundan və fotolarından sonra reallıqla razılaşmalı olursan.Süleyman Sani Axundov küçəsindəki acınacaqlı vəziyyət baradə Milli.Az-a məlumat verən Əli adlı oxucu vəziyyətdən çıxış yolunu Binəqədi rayon İcra Hakimiyyətinin avtobuslar deyil, kiçik gəmilər almasında görür: “Bu gəmilər asfalt, torpaq və suda gəzmə funksiyası daşımalıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlandıqdan sonra sərnişinlərə özünü dənizdə hiss etmə xüsusiyyəti yaşadan bələdiyyə və icra hakimiyyətinə sonsuz təşəkkürlər”.Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov Milli.Az-a açıqlamasında bildirdi ki, S.S.Axundov küçəsində “Azərsu” tərəfindən ciddi işlər aparılıb. Orada böyük kanalizasiya xətti çəkilir. Yeraltı kommunikasiya xətləri çəkiləndən sonra həmin küçə əsaslı təmir olunacaq.Şöbə müdiri narahat sakinlərə gələn ilin əvvəlinədək gözləməyi məsləhət gördü.
Mənbə: Milli.Az
23 dekabr 2013
GO BACK