Bakıda inşa olunan Olimpiya stadionunun tikintisi tam sürəti ilə davam edir. Milli.Az tikintisi 2015-ci ilin fevral ayının sonuna kimi yekunlaşdırılacaq stadionunun son görüntülərini əldə edib.Qeyd edək ki, stadionun torpaq işlərinə ötən ilin noyabr ayında başlanılıb. Stadionda hazırda dəmir-beton işləri görülür. Tikinti sahəsinə vurulan lövhədən məlum olur ki, stadionun hazır olmasına 435 gün qalıb. Olimpiya normativlərinə görə insanların daha çox stadiona piyada, ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub və 3500-4000 maşınlıq dayanacaq yeri inşa olunur. Olimpiya stadionu 68 700 tamaşaçı tutumuna malik olacaq.
Mənbə: Milli.Az