Qadin.NET / Obyektivlik hissindən məhrum olan müxalifətin acı taleyi

Obyektivlik hissindən məhrum olan müxalifətin acı taleyi

 

AXCP və Müsavat partiyaları tutduqları radikal mövqedən geri çəkilmədikcə öz tərəfdarlarını da itirirlər. Dekabrın 20-də Müsavat başqanı İsa Qəmbərin müşaviri Yeganə Hacıyeva da bəyanat verərək partiya sıralarından istefa verdi. Xanım Hacıyeva bəyanatında siyasi hadisələri analiz etdiyini və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldığını qeyd edib."Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır", - o əlavə edib.Artıq sabiq hesab olunan müsavatçı dolayı yolla etiraf edib ki, Müsavat partiyası ölkədə baş verən proseslərə obyektiv deyil, müəyyən maraqlar nöqteyi-nəzərindən yanaşır. Bu səbəbdən də partiyada təmsil olunan şəxslər ədalətli yanaşma hissindən kənarda qalmalı olurlar.Bugünkü mübarizə fərqli olmalıdır? Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli hesab edir ki, insanların bəyanat verərək AXCP və Müsavat kimi partiyalardan istefa vermələri normal haldır. Çünki onlar illər boyu apardıqları mübarizənin yanlış istiqamətdə həyata keçirildiyini anlayırlar və daha çox əziyyət çəkməmək üçün partiya sıralarını tərk edirlər."İnsanlar uzun müddətdir ki, bu iki partiyanın arxasınca gedirlər və onlar da sanki müxalif düşərgəni inhisara alıblar. Hesab edirlər ki, yalnız bu iki partiya müxalifətdir, müxalif düşərgədə başqa partiya yoxdur. Bunların apardığı siyasət ona gətirib çıxarır ki, insanlar əziyyət çəkirlər, amma bu düşərgənin apardığı mübarizədə bir addım da olsa, irəliləyiş yoxdur. Ona görə də insanlar bezirlər, perspektiv görmədikləri, gələcəklərini görmədikləri yerdən uzaqlaşırlar", - o əlavə edib.M.Rəhimli hesab edir ki, 90-cı illərdə aparılan mübarizə ilə bugünkü mübarizə tamamilə fərqlənməlidir.

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK