Aerodinamik asılqanlar istehsal etməklə ban atelyesi “Prior Design” təkcə yenilər barədə deyil, həm də konveyerdən çıxan avtomobillərə diqqət ayırır. Milli.Az Auto.az-a istinadən bildirir ki, elə sonuncu tüninq-paketi də almanlar ötən nəslin E70 banında olan “BMW X5” sahiblərinə ünvanladılar. 8999 avro ödəməklə Bavariya krossoverinə eksteryerə eksklüzivlik və təcavüzkarlıq əlavə edən idman “kostyumu” geyindirmək olar. Bundan əlavə fərqli aksessuarlar da sifariş etmək olar. Lüks yolsuzluq avtomobili üç ventilyasiya kəsiyi və “Prior” emblemi olan ventilyasiyalı kapot, tamamilə yeni qabaq bamper, splitter, yan tərəflərdə hava çıxışları, qabaq və arxa qanadlarda təkər arkalarının genişləndiriciləri və arxa bamperdə diffuzor alıb. Əlavə pul ödəməklə tünerlər öz alıcılarına tutqun ban rəngi, ikirəngli təkər diskləri, dörd borulu qaz buraxma sistemi və qara tutqun aksentlər də təklif edə bilərlər (radiator barmaqlığı, arxa görünüş üçün yan güzgülər və qabaq qanadlarda dönmə işarələri).
Mənbə: Milli.Az