Qadin.NET / Bayranqabağı hava

Bayranqabağı hava

 

Yaxın üç gün ərzində Bakıda və Abşeron yarmadasında hava şəraitinin  dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. APA TV-nin xəbərinə görə, mülayim cənub qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz  7-10 dərəcə isti olacağı gözlənilir: "Rayonlardada əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə saatlarında 0-5 dərəcə şaxta gündüz saatlarında 6-10 dərəcə isti dağlıq rayonlarda isə gecə 7-12 dərəcə şaxta gündüz saatlarında isə 1-6 dərəcə isti gözlənilir". Yaxın üç gün ərzində metroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olcaq.

 

Mənbə: Lent.Az

22 dekabr 2013
GO BACK