Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az Anspress-ə istinadən dekabrın 22-də baş vermiş mühüm tarixi hadisələrə nəzər salır.
 Miladi: 22 dekabr 2013

Hicri: 18 Səfər 1435
İlin 356-ci günü
İlin sonuna 09 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.44 
Günəş - 08.00 
Zöhr - 12.42
Əsr - 15.21 
Məğrib - 17.33 
İşa - 18.55
1453 — İstanbul Universiteti qurulub.
1639 — fransız dramaturqu Jan Rasin anadan olub.
1829 — ilk sərnişin dəmiryolu xətti Baltimor-Ohayo fəaliyyətə açılıb.
1895 — Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər.
1914 — Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu Sarıqamış əməliyyatına başlayıb.
1918 — Böyük Vətən Müharibəsi illlərində sovet partizanı Mehdi Hüseynzadə (Mixaylo) anadan olub.
1919 — Kommunizmə simpatiyası olan 250 Amerika vətəndaşı SSRİ-yə sürgün edilib.
1920 — Moskvada VIII Ümumrusiya sovetlər qurultayı açılıb. Qurultayda QOELRO planı təsdiq edilib.
1920 — kinodramaturq, rejissor, yazıçı Həsən Seyidbəyli anadan olub.
1932 — Mahatma Qandi azadlığa çıxıb
1936 — Sovet yazıçısı Nikolay Ostrovski vəfat edib.
1941 — Hitler “Qafqaz müsəlman Legionu”nu yaratmaq barədə göstəriş verib.
1942 — Podpolkovnik Həzi Aslanov birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb
1984 — amerikalı kinoaktrisa və müğənni Skarlett Yohansson anadan olub.
1987 — Elmira Qafarova Azərbaycan SSR xarici işlər naziri vəzifəsindən azad edilib.
1988 — Meydan hərəkatını işıqlandırdığı üçün Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzeti redaktorluğundan kənarlaşdırılıb.
1989 — 24 illik hakimiyyətdən sonra Rumıniya Kommunist Partiyasının rəhbəri Nikolae Çauşesku devrilib. Arvadı ilə birgə qaçmaq istəyən Çauşesku yaxalanıb.
1993 — Cənubi Afrika Respublikası parlamenti aparteid rejimini rəsmən ləğv edib
1994 — Azərbaycan Respublikası Honduras ilə diplomatik əlaqələr qurmuşdur.
2001 — Əfqanıstanda Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət qurulub.
2008 — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilib.

Mənbə: Milli.Az

22 dekabr 2013
GO BACK