Qadin.NET / Baş nazir mafiyaya meydan oxudu

Baş nazir mafiyaya meydan oxudu

 

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan rüşvət qalmaqalı adı ilə həyata keçirilən həbslərə kəskin reaksiya verib. Anspress-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan rüşvət əməliyyatının dövlət içində olan çirkli əllər tərəfindən reallaşdırıldığını bildirib: "Bunu ortaya çıxarıb, təmizlənməsi boynumuzun borcudur. Bu alçaqlıqdır, şərəfsizlikdir. Dövlətdə paralel bir qurum olmaz. Qarşınıza gələcəyik. Bunu dediksə, edəcəyik".Bu açıqlama ilə Türkiyədə dövlət içində qaranlıq güclərin şəbəkəsinin fəaliyət göstərdiyini iddia edən baş nazir artıq polisdə vəzifəli şəxslərin dəyişdirilməsinə başlayıb. Ərdoğan, həmçinin AKP hökümətinə qurulmuş bu tələdən də uğurla çıxacaqlarını vəd edib.

 

Mənbə: Milli.Az

22 dekabr 2013
GO BACK