Qadin.NET / Dazlaşma problemi olanlar, çarə tapıldı

Dazlaşma problemi olanlar, çarə tapıldı

 

ABŞ-ın Cənubi Kaliforniya universitetinin alimləri kişilərə yeni il hədiyyəsi bəxş ediblər. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, insanda olan xüsusi genlərə fikir verilsə, keçəlləşmə tamamilə dayana bilər.  Anspress xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin alimləri hesab edirlər ki, insanın saçını çoxaldan genlərə nəzarət edilsə, heç bir kişinin saçı tökülməz. Aparılan araşdırmalar nəticəsində insanın saçını çoxaldan genin də adı məlum olub: Wnt7b. Bu genin aktivliyi artırılsa, onda saçların böyüməsi insanın öz əlində olacaq.

Mənbə: Milli.Az

 

22 dekabr 2013
GO BACK