Qadin.NET / Samsung smartfonları üçün oyun aləti

Samsung smartfonları üçün oyun aləti

 

Samsung Electronics şirkəti geymerlərə bütün Samsung Galaxy qurğularında oynamağa imkan verən kontroller, simsiz oyun cihazı Samsung GamePad və Mobile Console əlavəsi yaradıb. Cihazı Sony PSP ilə müqayisə etmək olar. Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni cihaz 4 düymdən 6,3 düymədək diaqonallı ekrana malik olan qurğularla uyğunlaşır. Yeni cihazı həmçinin HDMİ-kabel və ya Screen Mirroring köməyi ilə televizora qoşmaq olar. Simsiz qeympad smartfonlara və planşetlərə Bluetooth köməyi ilə qoşulur. Qeympadın bütün əsas funksiyaları Android 4.3 əməliyyat sistemində işləyən Samsung Galaxy qurğusu üçün optimallaşdırılıb, misal üçün, Samsung Galaxy Note 3, Samsung Galaxy S4, Samsung Galaxy Note II və Samsung Galaxy S III kimi. Onlar simsiz geympadla NFC köməyi ilə birləşdirilirlər. Bütün məşhur oyunlara qoşulmaya PLAY düyməsi cavabdehdi. Qeympaddan istifadə daha maraqlı olsun deyə, Mobile Console əlavəsini buraxmaq yetər və istənilən zövqə uyğun oyunlar yükləmək və almaq olar. Burada Need for Speed Most Wanted və Asphalt 8: Airborne sürüb ötmə simulyatorları, birinci şəxsdən şuter Modern Combat 4: Zero Hour, Virtua Tennis Challenge, ekşn Prince of Persia: The Shadow və Flame idman yarışmaları təqdim edilir. Mobile Console konsolunu Samsung Apps dükanında və ya PLAY düyməsini basmaqla yükləmək olar. Hazırda 35 oyun yükləmək olar, gələn il say artacaq. Simsiz qeympad Avropada satışa çıxarılıb və yaxın zamanda digər ölkələrdə də təqdim ediləcək. Rusiyada qeympad 2014-cü ilin yanvar ayında 3490 rubl pərakəndə satış qiymətinə satışa buraxılacaq.
Mənbə: Milli.Az

 

22 dekabr 2013
GO BACK