Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, müasir zamanda insanları daha çox əbədi dəyərlər, güclü hisslər və ailə ənənələri maraqlandırır.
QOÇ
Bu gün qoçlarda vaxtlarını yaxşı keçirməyin əsil məqamıdır. Əgər onların sevdikləri insanlar varsa, axşam görüşüb bir-birini tanımalıdırlar. Tək qalan qoçları isə romantik tanışlıqlar gözləyir.
BUĞA
Buğaların bu gün bəxti gətirməyəcək, onlar məhəbbət sarıdan yenə də korluq çəkəcəklər. Ancaq bu boşluğu doldurmaq üçün elə bu gündən hazırlaşmaq lazımdır.
ƏKİZLƏR
Əkizlər bu gün və yaxın zamanlarda xərclərlə bağlı ehtiyatlı olmalıdırlar. Əlbəttə, qənaətcil olmaq heç də bu dünyada romantik mövzu sayılmır. Bu gün sizi istədyiniz məkanda romantik axşam gözləyir, ancaq bunun üçün ilk addımı siz atmalısınız, əks halda arzunuz elə arzu kimi qalacaq.
XƏRÇƏNG
Xərçənglər bu gün tələsik addım atmamalıdırlar. Onlar məhəbbət sarıdan arzularına tez çatmırlar. Ancaq tələsməyin yeri yoxdur və yeni tanışıqlıq üçün ən yaxşı anı gözləyin.
ŞİR
Şirlər artıq bilməlidirlər ki, onlar üçün kim qiymətlidir. Bu gün adi tanışlara diqqət ayırmağın yeri yoxdur.
QIZ
Bu gün qızlar düşünməlidirlər ki, öz sevgililəri ilə az vaxt keçirirlər. Onlara hər şeyi tez əldə etmək üçün nəsə çatışmır. Ancaq sevdiyi insanla əl-ələ tutaraq axşamlar söhbət etməyin ayrı ləzzəti var.
TƏRƏZİ
Bu gün tərəzilərin romantik əhval-ruhiyyəsi var. Ancaq utanmağın yeri yoxdur. Bu gün sevgilinizə sms-lə onu sevdiyiniz barədə yaza bilərsiniz.
ƏQRƏB
Əqrəblər bu gün öz sevgilisi ilə gələcək həyatları haqqında düşünməlidirlər. Bunun üçün axşam yeməyi sizə yeni bir yola çıxmaq üçün təkan ola bilər.
OXATAN
Oxatanlar məhəbbət baxımından konservativ olmalıdırlar. Bu gün təkliyə qapılan oxatanlar kitab oxusalar, daha məqsəduyğun olar. Əgər sevgiliniz varsa, onunla eksperiment aparmayın.
OĞLAQ
Bu gün oğlaqlar bilməlidirlər ki, məhəbbət sarıdan bəxtləri gətirəcək. İrəli getmək üçün köhnə stereotiplərdən yaxa qurtarmaq lazımdır.
DOLÇA
Dolçaları qeyri-adi məqam xilas edə bilər. Sadəcə olaraq, ətrafı yaxşıca seyr etmək lazımdır. Dolçalar öz sevdikləri ilə səmimi olmalıdırlar.
BALIQLAR
Balıqların əsas vəzifəsi bu gün öz sevgililərinə hər hansı bir məsələnin həllinə kömək etməkdir. Və bu işdə balıqlar əllərindən gələn köməyi etsələr, onların sevdiyi insan xoşbəxt ola bilər.
Mənbə: Milli.Az