Qadin.NET / Olland siyasi səhv buraxdı

Olland siyasi səhv buraxdı

 

"Əlcəzairin xarici işlər naziri: "Bu zarafatın cavabı verilməlidirFransa prezidenti Fransua Ollandın Əlcəzair haqda dediyi zarafat iki dövlət arasında diplomatik qalmaqala çevrilib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Fransua Olland dekabrın 16-da Fransa Yəhudi İnstitutlarının rəsmilərilə keçirdiyi görüşdə deyib ki, Fransanın daxili işlər naziriManuel Vals Əlcəzairdən sağ-salamat geri qayıdıb və bu, onun üçün böyük uğur hesab edilməlidir. Əlcəzairin xarici işlər naziri Ramatan Lamampa isə bildirib ki, bu zarafatın cavabı veriləcək. “Fransa prezidentinin zarafatından belə çıxır ki, bizim ölkədə insanların təhlükəsizliyi baxımından vəziyyət heç də yaxşı deyil. Bu zarafat iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər”, - deyə Lamampa bildirib. Xatırladaq ki, Fransanın daxili işlər naziri baş nazir Jan-Mark Eyronun başçılıq etdiyi nümayəndə heyətilə Əlcəzairdə səfərdə olub. “Al-Xabah” qəzetinin yazdığına görə, Əlcəzairin xarici işlər naziri Ramatan Lamampa vurğulayıb ki, fransalı nazir Əlcəzairdə səfəri zamanı istər özünə, istərsə də nümayəndə heyətinin digər üzvlərinə qarşı ola biləcək hər hansı bir təhlükədən söz açmamışdı.
Mənbə: Milli.Az

 

22 dekabr 2013
GO BACK