Qadin.NET / Yuliya Timoşenkonun azad edilməsi üçün petisiya hazırlandı

Yuliya Timoşenkonun azad edilməsi üçün petisiya hazırlandı

 

Ağ Evin saytında Ukraynanın eks baş naziri Yuliya Timoşenkonun azad edilməsi üçün hazırlanan petisiyaya imza toplanır Ağ Evin saytında Ukraynanın eks baş naziri Yuliya Timoşenkonun azad edilməsi üçün hazırlanan petisiyaya imza toplanır. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, petisiyanı hazırlayanlar bildiriblər ki, iki il altı ay öncə Ukrayna rejimi tərəfindən həbs edilən Timoşenko İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə azad edilməli idi, ancaq heç kəs bu qərara əhəmiyyət vermir. Ona görə də ABŞ prezidenti Barak Obama onun azad edilməsi üçün müvafiq addımlar atmalıdır. Dekabrın 20-də Ağ Evin saytına qoyulan petisiya artıq 2500 imza toplayıb. Petisiyanın Ağ Evin rəhbərliyi tərəfindən baxılması üçün 2014-cü il yanvar ayının 19-dək 100 min səs toplamalıdır. Xatırladaq ki, Kiyevin Peçorsk məhkəməsi 2011-ci il oktyabrın 11-də Yuliya Timoşenkonu 2009-cu ildə Rusiya ilə bağladığı qaz müqaviləsinə görə 7 il azadlıqdan məhrum edib. Həmin qaz müqaviləsində Timoşenkonun öz vəzifə səlahiyyətərini aşması tutulmağının əsas predmeti kimi göstərilir.
Mənbə: Milli.Az

 

22 dekabr 2013
GO BACK