Qadin.NET / Günün ulduz falı - 22.12.2013

Günün ulduz falı - 22.12.2013

 

Qoç - qarışıq, amma məsuliyyətli gündür. Münasibətləri həddən ziyadə iradlar və tələblərlə korlamayın. Ünsiyyəti məhdudlaşdırın, ünsiyyəti və yazışmaları təxirə salın. Yarımçıq işləri tamamlayın, sabaha heç bir iş saxlamayın. Münasibətlərin gərəkli məcrada inkişafı üçün səylər göstərin. Bu mümündür, amma fikir ayrılıqları və incikliklər istisna deyil.
Barışıq emosional ola bilər. Ənənəvi ünsiyyət stilini dəyişin. Bu gün alış-veriş pul sərfiyyatından başqa heç nə deyil.
 Buğa - gərginlik daha da artır. Situasiya ağırlaşır, hisslər mürəkkəbləşir. Problemləri həll etməyin yollarını tapın, durumun ağırlaşmasına yol verməyin. Mübahisələr, həqiqət axtarışları ciddi ixtilaflara, münasibətlərin kəsilməsinə, əməkdaşlağın sərinləşməsinə səbəb ola bilər. Buna yol verməmək üçün təmaslarda diqqətli olun. Ünsiyyət çevrəsini ən zəruri əlaqələrlə məhdudlaşdırın. Yarımçıq işlər qəfil həllini tapa bilər. İndiki olaylar sürətlə inkişaf edən hadisələr silsiləsinin bir hissəsidir. Dəyişikliklər qurban tələb edir. Tələsməyin.
Əkizlər - cari işlərlə məşğul olun. Anlaşma, razılaşma, danışıqlar, tərəfdaşlar və başqa maraqlı şəxslərlə aktiv dialoq tələb edən məsələləri təxirə salın. Dəyişikliklər qəfil ola bilər. Gələn siqnallar mümkün problemlərdən xəbər verir. Təşəbbüskar olun. Səhvə yol vermək, yalan və ya öz illüziyalarınızın qurbanı olmaq riski az deyil. Şəxsi münasibətlərdə problemlər yaranmasın deyə, ciddi qərar qəbul etməyin. Alış-verişdə bədxərcliyə yol verməyin.
Xərçəng - qüvvə və enerjinizə qənaət edin. Nəzərdə tutduğunuz bütün işləri görə bilməyəcəksiniz. Peşəkar fəaliyətlə bağlı ambisiyaları arxa plana salın. Ailə üzvləri və yaxınlarınızın maraqları daha üstün olmalıdır. Parlaq və güclü hisslər istəsəniz də, müstəqil, sakit şəkildə çalışın. Münaqişələrə qatılmayın, özünüzə problem yaratmayın. Əks təqdirdə fəsadları uzun müddət aradan qaldırmalı olacaqsınız. Təbii şəkildə qayıdan nəsnə diqqətə layiqdir.
Şir - yaşam orientirlərinin qarışmasına, hisslər və münasibətlərdə böhrana, səhhətin pisləşməməsinə yol verməmək üçün diqqətli olun. Bütün diqqəti bir problemə yönəldərək ifrata varmayın. Hisslərə qapılmayın, emosiyalar burulğanında nicat aramayın. Ağrı-acı yaradacaq eksperimentlər etməyin. Günün ikinci yarısında baş verən hadisələr sizi çətin ki, sevindirsin. Dayanıqlı, səbatlı olun. Hisslərinizə və enerjinizə nəzarət edin. Tamahkarlıq etməyin. Yaxşı tanımadığınız insana problemlərinizdən danışmayın.
Qız - üstünlük təsiri bağışlayan, amma belə olmayan məqamlardan imtina edin. Bir para iddialardan əl çəkməyincə irəliləyiş mümkün deyil. Sizə yük olan, xoşagəlməz insanlarla təmasları dayandırın. Münaqişə situsiyaları yaranır, mübahisə və xarici təzyiq yaşanır. Hər şeyə rəğmən yolunuzla irəliləməyə davam edin. Önəmli mövzu çərçivəsində qalın. Qüvvə və emosiyalarınızı boşuna xərcləməyin. Yaşamınızda qaydaya ehtiyac var. Seçdiyiniz istiqamətdə qalın. Seçim edəndə mümkün itki və üstünlükləri dəyərləndirin.
Tərəzi - maliyyə problemləri, tərəfdaşlarla pul üstündə mübahisələr, xərclərin artması qaçılmazdır. Prioritetləri düzgün müəyyənləşdirin, doğru seçim edin. Alış-veriş, sərmayə üçün əlverişli gün deyil. İmic dəyişikliklərinə başlamayın. Şəxsi münasibətlərdə hisslər artır, münaqişə potensialı yaranır. Günahkar aramayın. Heç bir motivasiyası olmayan xarici aqressiyadan çəkinin. Problemləri müzakirə etməklə qarşılıqlı anlaşmanın yeni səviyyəsinə yüksəlmək olar. Neytral məsələlər və mövzular qəflətən pozitiv təkan alacaq.
Əqrəb - imkanlarınızı genişləndirmək və ya gəlirlərinizi artırmaq şansı yaranan məqamda çevik tərpənin. Səbrli və təmkinli olun. İstənilən situasiyada lider mövqe tutmağa çalışın. Sizin üçün xüsusi əhəmiyyət daşıyan münasibətlərdə gərginlik artır. Ehtiyatlı və sayıq olun. Tələsməyin. Məntiq və fəndgirliklə davranaraq mümkün variantlar arasında ən yaxşısını seçin. Peşəkar fəaliyyət müstəvisindəki məsələləri həll edin. Gəlir əldə etmək üçün yeni imkanlar arayın.
Oxatan - tələskənlik və kəmhövsələlik etməyin. Belədə işləri nəzarətdə saxlayaraq diqqət yetirməli olduğunuz sahəni nəzarətdən kənarda qoymayacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə dözümlü olun. Emosiyaları tarıma çəkən, anlaşılmazlıq və incikliyə səbəb ola biləcək söhbətlərə qatılmayın. Qohumlarınız və ailə layihələrinizlə bağlı işlər xüsusi diqqət tələb edir. Başqasının maraqlarını poza biləcəyiniz məqamda düşünülməmiş, emosional addım atmayın.
Şəxsi münasibətlərdə yeni intriqa qala bilər. Emosiyalarınıza hakim olmasanız, yeni münaqişə qaçılmazdır.
Oğlaq - kiçik işlər, qayğılar, təkliflər və istəklər çoxdur. Yazışma da vaxtınızı alacaq. Müstəqil fəaliyyətə başlayın, müraciətlərə isə yalnız vaxt tapanda cavab verin. Nəqliyyat vasitəsi və ya texnikanın işlək vəziyyətdə olmasına nəzarət edin. Yaşam qarşınızda təcili həllini tələb edən prolemlər qoyur. Çözüm prosesi əhvalınızdan və niyyətlərinizdən asılı deyil. Ailədəki mühitdən çox şey asılıdır. Ailə münasibətlərini kənardan maraqdan, habelə daxili savaşlardan qoruyun. Təmaslarda mənfi enerjinin izharına yol verməyin. Yaxın ətrafınızdakı insanlarla ümumi maraqlar tapın.
Dolça - çoxsaylı təəsüratlar və hisslər vəd edən gündür. Yaşananları təhlil edin, proseslərin məğzini anlamağa çalışın. Yaxın ətrafınızdakı insanlar yeni tapşırıqlar və öz problemləri ilə sizə təzyiq etməyə çalışırlar. Vaxtınızı və maraqlarınızı qorumağın çevik vasitəsini tapın. Əks təqdirdə özünüz barədə xoşagəlməz sözlər eşidəcəksiniz. Günün ikinci yarısı çox emosional və gərgin olacaq. Diqqətinizi işdən ayırmayın. Çətinliklərin dəf edilməsi ilə məşğul olun. Sevdiyiniz insanın və yaxınlarınızın hisslərini sınağa çəkməyin. Əks təqdirdə səhvlərin fəsadlarını aradan qaldırmaq asan olmayacaq.
Balıqlar - işlər kimi, ambisiyalar da artır. Özünüzü həddən ziyadə yormayın. Səhhətinizə fikir verin. Çoxalan qayğılar və ciddiləşən problemlərin qarşısından geri çəkilərək adi iş rejiminə köklü dəyişikliklər etməyin. Ünsiyyətdə diqqətli olun.Kollektivdə mənfi enerji mənbəyinə çevrilməyin. Təcili həllini tələb edən işlər pressinqə çevrilir. Dəyərlərinizə iddia edən insanın davranışına aqressiv reaksiya göstərməyin. Axşam saatlarına yaxın maraq obyekti dəyişə bilər.
Mənbə: Milli.Az
22 dekabr 2013
GO BACK