Qadin.NET / Virtual Mercedes real olacaq

Virtual Mercedes real olacaq

 

Amerikanın J&S World Wide Holdings şirkəti virtual Mercedes-Benz AMG Vision Gran Turismo superkarını xırda seriyalı istehsala buraxmaq niyyətindədir. Avtomobil alman avtoistehsalçı tərəfindən Gran Turismo 6 yarış simulyatoru üçün işlənib hazırlanmışdır. Müvafiq elanı ABŞ-dan olan firma real avtomobil üçün 1,5 milyon dollar dəyərində ilkin qiyməti göstərməklə JamesList saytında yerləşdirib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, əsas kimi real superkar üçün Mercedes-Benz SLS AMG GT kupesindən istifadə etmək planlaşdırılır. Kuzov panelləri karbondan istehsal ediləcək və üzərinə xromlanmış örtük çəkiləcək. Kupe üçün təkər disklərini ADV.1 şirkəti istehsal edəcək. Avtomobil, yeddi pilləli robotlaşdırılmış ikiqat birləşməli transmissiya ilə cütlükdə işləyən 591 at güclü 6,3-litrlik benzin "səkkizliyklə" hərəkətə gətiriləcək. Adi SLS AMG GT də eyni güc qurğusuyla təchiz edilir. Mercedes-Benz SLS AMG GT kupesi 3,7 saniyə ərzində ilk "yüzü" yığmağı bacarır. "Kompüter" superkarı, gözlənildiyi kimi, 0,1-0,2 saniyə daha sürətli olacaq. Amerikalılar cəmi beş nüsxə Mercedes-Benz AMG Vision Gran Turismo buraxmağı nəzərdə tuturlar: hərəyə iki superkar Avropa və Yaxın Şərq, bir superkar isə ABŞ üçün nəzərdə tutulub. Maşınlardan biri artıq sifariş edilib.

 

Mənbə: Milli.Az
21 dekabr 2013
GO BACK