Qadin.NET / Google-da nə axtarırlar?

Google-da nə axtarırlar?

 

2013-cü il artıq başa çatır və hamı ilin yekunları ilə bağlı hesabatla çıxış edir. İnformasiya texnologiyaları nəhəngi Google şirkəti başa çatmaqda olan ilin ən populyar sorğularının siyahısını açıqlayıb. Şirkətin bunun üçün yaratdığı xüsusi Caytgayst səhifəsində müxtəlif ölkələrdən nəhəng axtarış sistemində cavab axtarılan suallar dərc edilib. Anspress yazır ki, Google şirkəti illik hesabatını 72 ölkədən olan sorğuların araşdırılması əsasında hazırlayıb. 2013-cü ildə Google istifadəçiləri ən çox CAR-ın keçmiş prezidenti Nelson Mandela və Hollivud ulduzu Pol Uoker haqqında məlumat axtarıblar. İlin əsas mövzuları siyahısında növbəti pilləni Apple şirkətinin İphone 5 S smartfonu tutur, daha sonra aktyor Kori Monteyt haqda sorğular gəlir, liderlər 5-liyini isə internetdə populyar olan Harlem Shake Memi qapayır.  İnternet istifadəçiləri həmçinin bu ilin aprelində ABŞ-ın Boston şəhərində baş verən terror aktı və Böyük Britaniyada yeni doğulan şahzadə Corcla maraqlanıblar. Google-da populyar sorğuların onluğunu Samsung Galaxy S4, PlayStation 4 və Şimali Koreya haqqında olan məlumatlar qapayır. Məşhur sorğular siyahısından başqa, Google Caytgayst səhifəsində interaktiv dünya xəritəsini dərc edib. Burada istifadəçilər istənilən şəhəri seçərək onun sakinlərinin 2013 cü ildə Googleda nə axtardığını müəyyən edə bilər. Təəssüflər olsun ki, Azərbaycanın heç bir şəhəri bu xəritədə göstərilməyib.

Mənbə: Milli.Az

 

21 dekabr 2013
GO BACK