Bu gün Rusiyanın paytaxtı Moskvada azərbaycanlı boksçu Ramal Amanoverməni idmançı Sevak Baqdasaryanla rinqə çıxacaq. Bu barədə Anspress-ə idmançının yaxını Müzəffər Mehdiyev məlumat verib. Məlumata görə, peşəkar boksçuların rinqə çıxacağı “The winner takes it all” adlı tədbir “Dinamo” idman zalında baş tutacaq. Bokçu Ramal Amanovun rəqibi olan erməni döyüşdə Rusiyanın Pyatiqorsk şəhərini təmsil edir. Qeyd edək ki, peşəkar boksçu Ramal Amanov sözügedən idman növü üzrə Azərbaycan milli komandasının üzvüdür. O bundan əvvəl Azərbaycanı çoxsaylı beynəlxalq yarışlarda da təmsil edib və uğurlu nəticələr əldə edib. Moskvada keçiriləcək boks şousunda əfsanəvi idmançı Roy Cons da iştirak edəcək. Döyüş Rusiya vaxtı ilə saat 20:00-da “Rossiya -2” telekanalı ilə canlı yayımlanacaq.
Mənbə: Milli.Az