Əfsanəvi Bugatti Veyron öz tarixinin sonuna yaxınlaşır: şirkət kupe və rodsterlər də daxil olmaqla istehsal üçün planlaşdırılmış 450 nüsxədən 400-cüsünü satıb. Bu xüsusi Grand Sport Vitesse Jean-Pierre Wimille versiyası oldu və onu Yaxın Şərqdən olan adı çəkilməyən müştəri 2,13 milyon avroya alıb. Bu haqda Auto Express bildirir. Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu maşın "Əfsanələr" sırasına aid olan altı xüsusi mikroseriyadan birincisidir. O, fransız yarışçısı Jan-Pyer Vimillə həsr edilmişdir. 1937 və 1939-cu illərdə Vimill Bugatti avtomobillərində "24 saat Le-Man" marafonunda qalib gəlmişdi. Daha əvvəl bildirildiyi kimi, Veyron modelinin varisi prinsipial olaraq yeni model olacaq. Mümkündür ki, o belə dinamik olmasın, amma texniki cəhətdən daha müasir olacaq. Onun hibrid güc qurğusuyla təchiz edələcəyi də mümkündür.
Mənbə: Milli.Az