Qadin.NET / Azərbaycanda Qafqaz Kuboku keçirilib

Azərbaycanda Qafqaz Kuboku keçirilib

 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu gün Şəkidə qarışıq döyüş növləri üzrə 1-ci Qafqaz Kuboku keçirilib. Turnirdə 50-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb. Yarışda Şəki, Ağcabədi, Sumqayıt, Bakı, Oğuz və Türkiyədən idmançılar iştirak ediblər. Yarış 10 çəki dərəcəsində keçirilib. 42 kq-da Oğuz idmançısı Nicat İsmayılov, 57 kq-da Elçin Göyüşov, 63 kq-da Xəlil Məmmədli, 69 kq-daElmar İbrahimov, 72 kq-da Abdullayev Rüfət, 74 kq-da Rüstəmov Əyyubvə 75 kq Məmmədov Rəfail qələbə qazanıblar. Bu yarışda yüksək yerlər əldə edən idmançılar 2014-cü ilin fevral ayında İranda keçirilən Şərq Kuboku turnirində iştirak edəcəklər.
Mənbə: Milli.Az

 

21 dekabr 2013
GO BACK