Bloomberg informasiya agentliyi yazır ki, Facebook-un yaradıcısı Mark Sukerberq sosial şəbəkənin 41,35 milyon səhmini 2.3 milyard dollara satacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət ümumilikdə 70 milyon səhm satmaq niyyətindədir. Onun 27 milyonunu Facebook, 43 milyonu isə səhmdarları təklif edəcək. Facebook-dan bildirilib ki, əldə olunan vəsait dövriyyə sərmayəsinə və başqa məqsədlərə xərclənəcək. 2013-cü ildə Facebook səhmlərinin qiyməti iki dəfədən çox artıb.
Mənbə: Milli.Az