Qadin.NET / İlin ən uzun gecəsinə hazırsınız?

İlin ən uzun gecəsinə hazırsınız?

 

2013-cü ilin ən uzun gecəsi bu gün yaşanacaq. Milli.Az xəbər verir ki, dekabrın 20-dən 21-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin ən uzun gecəsidir. Novruz bayramına 3 ay qala qeyd edilən Çillə gecəsi “Şəmsi” təqviminə görə, Azər ayının sonuncu günü, Dey ayının ilk gününə düşür. Zərdüştlükdən qalma Çillə gecəsi müsəlman ölkələrinin sevimli ailə bayramıdır. Əsasən, Azərbaycan, İran və Türkiyədə qeyd edilir.  Rəvayətə görə, bu gecənin önəmi Günəş allahı Mitranın andan olduğu gündür. Bu gecədən sonra günəşli günlərin müddəti uzanır, gecələr qısalır. Çillə böyük və kişi olmaqla iki yerə ayrılır. Böyük Çillə 40 gün (21 dekabr -29 yanvar) davam edir, kiçik Çillə isə 20 gün (29 yanvar -18 fevral). Bu günü şərq ədəbiyyatında "şəbi-yelda" kimi tərənnüm edirlər. Bayramın ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyir qüvvəsi Axura Mazda şər qüvvəsi Əhrimən ilə kəskin mübarizə aparıb. Çillə gecəsi xristianlıqda da qeyd edilir. Milad tarixi ilə bu günü İsanın doğum günüylə əlaqələndirirlər. Mitraizmdə ehtimal edən alimlərin fikrinə əsasən, Milad bayramı Çillə gecəsinə oxşardır. Azərbaycanın qədim şəhərləri - Gəncə, Şəki, Naxçıvan, Şəbistər, Xoy, Zəncan, Ərdəbil, Marağa, Urmiya, digər şəhər və kəndlərdə bu gecə bayram kimi qeyd edilir. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış bir yerə yiğışıb ilin ən uzun gecəsini bayram kimi qeyd edirlər. Gecənin əsas atributu qarpızdı. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Yeni evlənənlərə isə valideynləri tərəfindən qarpız hədiyyə edilir. Qoz halvası, kök halvası, paxlava, günəbaxan toxumu, meyvə, şirniyyat bu gecə süfrəyə düzülür və sübhədək oyaq qalınır. Həmin gün qar da yağarsa, sevincin həddi-hüdudu olmaz. Son illər Çillə gecəsi Məhərrəm ayına təsadüf etdiyindən səs-küysüz qeyd edilir. 

Mənbə: Milli.Az

 

21 dekabr 2013
GO BACK