Qadin.NET / Urmiya gölü ətrafında 38 kənd boşalıb

Urmiya gölü ətrafında 38 kənd boşalıb

 

Urmiya gölü ətrafında 38 kənd boşalıb

Azərbaycan təbiətinin incisi Urmiya gölüünün qurması davam edir. Bölgədə ekoloji və sosial fəlakət artmaqdadır. Lent.Az-ın məlumatına görə, Güney Azərbaycanın Urmiya Universitetinin müəllimi Mirəli Məhəmmədi gölün ətrafında 38 kəndin boşaldığını bildirib. O, deyib ki, Urmiya gölü ətrafında 220 min hektar ərazidə, yeraltı suların səviyyəsi aşağı düşdüyündən şorlaşma baş verir, hətta, bölgəjə yaranan duz küləkləri Qəzvin və Tehranı belə təhdid edəcək. M.Məhəmmədinin sözlərinə əsasən, gölün ətrafındakı kəndlərin boşalmasının səbəbini əkinçilik üçün yararlı torpaqların şorlaşmasıdır. Məlumata görə, torpaqları şorlaşan həmin kəndlərin əhalisi işsiz qaldıqlarından dədə-baba yurdlarını tərk etməyə məcbur olub.

Mənbə: Lent.Az

21 dekabr 2013
GO BACK