Qadin.NET / “Forma-83” elektron formada veriləcək

“Forma-83” elektron formada veriləcək

 

Səhiyyə Nazirliyinin yeni elektron xidmətlərinin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq, tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə “Sürücülüyə yararlı olmaq barədə” (Forma AZS-83) tibbi arayışın elektron registri yaradılıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, müvafiq tibbi arayışın səhiyyə müəssisələrində tətbiqi 1 yanvar 2014-cü il tarixindən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”dən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcək. Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstəriləcək.

 

Mənbə: Lent.Az

20 dekabr 2013
GO BACK