Qadin.NET / Şəxsiyyət vəsiqələrinin verilməsində yenilik

Şəxsiyyət vəsiqələrinin verilməsində yenilik

 

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin yeni elektron xidmətlərinin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün” tibbi arayışın elektron registri yaradılıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, müvafiq tibbi arayışın ambulator tibb xidmət göstərən səhiyyə müəssisələrində tətbiqi 1 yanvar 2014-cü il tarixindən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”dən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcək. Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstəriləcək.

 

Mənbə: Mili.Az

20 dekabr 2013
GO BACK