2014-cü ilin yanvarında Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini birləşdirən yeni avtomobil yolunun tikintisinə başlanacaq. Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Ermənistanın Vardenis rayonundan ermənilərin Martakert adlandırdığı Ağdərəyə qədər çəkiləcək yolun uzunluğu 116 km olacaq. Yolun tikintisi “Hayastan” Fondunun Los Ancelesdə keçirdiyi ənənəvi telemarafon zamanı toplanmış vəsait hesabına aparılacaq. Telemarafon zamanı 22 milyon 661 min 372 dollar toplanıb. Fond vəsait toplamağa davam edir. Qeyd edək ki, “Hayastan” Ümumerməni Fondu 1992-ci ildə təsis olunub. 20 illik fəaliyyəti dövründə Ermənistanda və Dağlıq Qarabağda 235,8 milyon dollar həcmində layihələr həyata keçirilib.
Mənbə: Milli.Az