Rusiyada mitinqlərə və kütləvi qarşıdurmalara çağırış edən saytlar məhkəmə qərarı olmadan bağlanacaq. Milli.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının "İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması" haqqında qanuna etdiyi dəyişiklik əsasında bu mümkün olacaq. Qanun layihəsi parlamentin aşağı palatasına üç fraksiya (LDPR, KPRF və "Yedinaya Rossiya) tərəfindən təklif olunmuşdu. Layihə ikinci və üçüncü oxunuşda qəbul olunub. Edilən dəyişikliklərə əsasən, baş prokuror və ya onun müavini qanuna zidd saytların bağlanması ilə bağlı müraciət edir. Müraciət daxil olduqdan sonra operatorlar sayta girişə məhdudiyyət tətbiq etməlidirlər. Kütləvi iğtişaşlara çağırış, ekstremist fəaliyyət, millətlərarası nifaq yaranmasına xidmət edən çağırışlar və s. qanuna zidd əməllər hesab olunacaq.
Mənbə: Milli.Az