Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən bələdiyyə orqanlarına seçkilərin keçirilməsi ilə bağlı 36 641 751,0 manat vəsait ayrılıb. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulur. Dairə seçki komissiyalarının saxlanılması ilə bağlı xərclər 6 418 648,0 manat, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı xərclər isə 3 795 509,0 manat məbləğındə müəyyən edilib. Mərkəzi Seçki Komissiyasına isə ayrılan vəsaitin məbləği 46 855 908,0 manat təşkil edib.
Mənbə: milli.Az