2014-cü ili qarşılamağımıza sayılı günlər qalıb. Astroloq Firudin Qurbansoy Modern.az oxucularını gələn ilin astroloji proqnozu ilə tanış edir: “İl nədir ki, nəsə vəd etsin. Biz çalışsaq, milli konsepsiyamız olsa, çox şeyə nail olarıq. Oturub gözləməməliyik. Vətənin, millətin, xalqın yolunda çalışmalıyıq ki, bir şey olsun. Martın 20-ə qədər İlan ilidir. İnşallah martın 20-də İlan ili yerini At ilinə verəcək. İnsanların azadlıq işləri ilə yaxın olan bir il olacaq. Xarici ölkələrdə məzlumlar zalımlara qarşı öz dirsəklərini göstərəcək. Bizim ölkəmizdə müharibə izləri olmayacaq. Donmuş müharibə yenə də donmuş vəziyyətdə qalacaq. Tək-tük atəşkəsin pozulma hallarını saymasaq, ölkədə barıt iyi gəlməyəcək. Ümumiyyətlə, dünya çapında “At” əziyyətli illərdən biridir. Yəni bahalıqla müşayiət olunan illərdəndir. Bu il daha çox su ünsürlü bürclər uğur qazanacaq. Onlar üçün uğur qazanmaq daha rahat olacaq. Ümumiyyətlə, su və torpaq ünsürlülər üçün rahat keçən illərdən sayılır. Amma bunu od ünsürlü bürclər üçün demək olmur. Hava ünsürlülər isə qismən çətinliklə istədiklərinə nail olacaqlar. Ancaq əsas rahatlıq su ünsürlü bürclər üçündür”.
Mənbə: Milli.Az