“Qəbələ”nin baş məşqçisi Yuri Syomin komandasının futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində evdə “Bakı” üzərində 2:0 hesablı qələbəsinə şərh verib. Milli.Az PFL-a istinadən xəbər verir ki, Syomin bunları söyləyib: “Öz oyunçularımı və klubun rəhbərliyini təbrik edirəm. Bəzi hallarda oyunumuz yaxşı alınmırdı. Əsas olan komandamın ürəkdən oynaması idi. Bu gün biz güclü komandaya qalib gəldik. “Bakı” ötən tur “Qarabağ”ı məğlub etmişdi. Son turdakı məğlubiyyətdən sonra qələbə qazandıq. Oyunu iki fərqli hissəyə bölmək olar. Birinci hissədə qol vurana qədər üstünlük bizdə idi. Qol vurduqdan sonra isə əks-hücum taktikası ilə oynadıq”.
Mənbə: Milli.Az