Qadin.NET / Azərbaycanda məktəblilər neçə gün evdə olacaqlar?

Azərbaycanda məktəblilər neçə gün evdə olacaqlar?

 

Aznews.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli 339 nömrəli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin dekabrın sonu, yanvarın əvvəlindəki iş və tətil günləri aşağıdakı kimi müəyyənləşdirilib:

Beş günlük iş həftəsi ilə işləyən məktəblərdə
Qış tətili: 29 dekabr 2013-cü il - 06 yanvar 2014-cü il
I yarımilin son dərs günü: 28 dekabr 2013-cü il
II yarımilin ilk dərs günü: 07 yanvar 2014-cü il
Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə
Qış tətili: 30 dekabr 2013-cü il - 06 yanvar 2014-cü il
I yarımilin son dərs günü: 29 dekabr 2013-cü il
II yarımilin ilk dərs günü: 07 yanvar 2014-cü il
Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK